SON DƏQİQƏ: 6,8 bal gücündə zəlzələ baş verdi – İLK GÖRÜNTÜLƏR – VİDEO

Türkiyənin Elazığ vilayətində rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ olub.

ONN media xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Yeraltı təkanların episentri yerin 7 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.