“Sefirin kızı”nın sevilən aktyoru Uraz Kayqılaroğlunun yeni sevgilisi – FOTO

Qızının anası Melis İşitden 6 ay öncə boşanan “Sefirin kızı” serialının aktyoru Uraz Kayqılaroğlu sosial media fenomeni Mehtap Algüllə eşq yaşayır.

ONN media xəbər verir ki, bu barədə məlumatı “Takvim” qəzeti yayıb.

Bildirilir ki, onlar bir müddət öncə eşq münasibətinə başlayıb.

Qeyd edək ki, Uraz beş illik evliliyini 2019-cu ilin iyulunda bitirib. Onun bu evlilikdən Ada adlı qızı var.