ONN İnformasiya Agentliyi

Daha bir qurum koronavirusla bağlı hərəkətə keçdi

Daha bir qurum koronavirusla bağlı hərəkətə keçdi
01 Fevral 2020 - 23:20

 Koronavirusla əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin(DANX) tapşırığına əsasən insanların kütləvi istifadə etdiyi avtobuslarda (beynəlxalq və ölkədaxili) epidemiya riskinin aradan qaldırılması üçün müvafiq tədbirlərə başlanıb.

DANX-dan ONN media-ya verilən məlumata görə, avtobusların salonunda, xüsusilə beynəlxalq daşımalarda iştirak edən avtobuslarda dezinfeksiya işlərinin gündəlik aparılmasına dair tapşırıq daşıyıcı şirkət rəhbərlərinə verilib və prosesin icrası qurum tərəfindən tam nəzarətə götürülüb.

“Nəzərinizə çatdıraq ki, beynəlxalq daşımalar üzrə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında birbaşa reyslər olmadığından ölkəmizə müntəzəm beynəlxalq marşrut xətləri üzrə daşınan sərnişinlərdə bu virusun aşkarlanma riski yoxdur. Ancaq xüsusilə xəstəliyin aşkarlandığı digər epidemiya zonalarından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, virus və onunla mübarizə metodları haqda daşıyıcı şirkət rəhbərləri, sürücülər və dispetçerlər ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumatların verilməsi DANX tərəfindən təmin olunacaq”, – qurumdan bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png