Azərbaycanda məntəqə sədri müşahidəçini döydü?

Sosial şəbəkələrdə 76 saylı Lənkəran – Astara seçki dairəsinin 30 saylı seçki məntəqəsinin sədrinin məşvərətçiyə fiziki güc tətbiq edilməsi videosu yayıldı.

ONN media xəbər verir ki, iddiyaya görə buna səbəb məşvərətçinin məntəqədə çəkiliş aparması olub.

Məntəqə sədri bunun qanunsuz olduğunu bildirib və ona fiziki güc tətbiq edib.