Yeni Milli Məclisin yaşı 70-dən yuxarı olan deputatları
Azərbaycan Milli Məclisi buraxılan zaman yaşlı deputatların gənclərlə əvəz olunacağı ilə bağlı mediada və sosial şəbəkələrdə çoxsaylı xəbərlər yayılmağa başlamışdı. Lakin sonradan növbədənkənar seçkilərin təyin olunmasında əsas məqsədin heç də bu olmadığı bildirildi. Bununla belə mövzu hələ də gündəmdə qalmaqdadır.
MSK-nın bu saata elan etdiyi nəticələrə əsasən yeni parlamentdə təmsil olunan yaşı 70-dən yuxarı millət vəkillərinin siyahısı belədir:
Fəttah Heydərov – 81
Ziyad Səmədzadə – 79
Hüseynbala Mirələmov – 75
Eldar İbrahimov – 74
Zabelin Mixail – 74
Sabir Rüstəmxanlı – 73
Madər Musayev – 72
Vahid Əhmədov – 72
Fəzail Ağamalı – 72
Əhliman Əmiraslanov – 72
Hadı Rəcənbli – 72
İsa Həbibbəyli – 70 yaş
Tahir Rzayev – 70
Elman Məmmədov – 70