BŞİH-dən mitinqlə bağlı açıqlama

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D18 hərəkatı və digər müstəqil namizədlərin paytaxt ərazisində mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

ONN media xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

Xatırladaq ki, Müsavat, REAL partiyaları, D18 hərakat və digər müstəqil namizədlər fevralın 9-da Milli Məclisə keçirilən seçkidə baş verənlərlə bağlı metronun “28 May” stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-ə müraciət etmişdi.