Azərbaycanla bağlı sənədlərin surəti xarici ölkələrdən gətiriləcək

Azərbaycanla bağlı xarici ölkələrdə saxlanılan sənədlərin surəti Bakıya gətiriləcək.

ONN media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Belə ki, xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin aşkar edilərək surətlərinin Azərbaycan Respublikasına gətirilməsinin təmin olunması Milli Arxiv İdarəsi və Xarici İşlər Nazirliyinə tapşırılıb.