ONN İnformasiya Agentliyi

Qənirə Paşayeva Milli Məclisin sədri olacaq? – Özü AÇIQLADI

Qənirə Paşayeva Milli Məclisin sədri olacaq? – Özü AÇIQLADI
14 Fevral 2020 - 16:12

105 saylı Tovuz seçki dairəsini hazırda Milli Məclisdə təmsil edən millət vəkili Qənirə Paşayeva sosial media vasitəsilə müraciət ünvanlayıb.

ONN media xəbər verir ki, millət vəkili sosial mediada və bəzi media orqanlarında onun Milli Məclisin sədri olacağı barədə yayılan iddialara cavab verib.

“Milli Məclis sədri olacağım barədə əsassız xəbərlər dolaşmaqdadır. Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir. Hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır. Mən isə bitərəfəm. Digər tərəfdən, yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq. Xahiş edirəm, əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm”,- Paşayeva qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png