Elazığda yenə zəlzələ oldu

Türkiyənin seysmik aktiv bölgədə yerləşən Elazığ şəhərində yenidən zəlzələ olub.

ONN media xəbər verir ki, Sivricə rayonunda yerli vaxtla saat 14:42-də 4,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Xidmət Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri yerin sıfır kilometr dərinliyində olub.

Qeyd edək ki, yanvarın 24-də həmin ərazidə 6,8 bal gücündə zəlzələ olmuşdu. Elazığda 37, Malatyada isə 4 olmaqla, ümumilikdə 41 nəfər dünyasını dəyişmişdi.