Baş prokurorun işdən çıxardığı şəxsə YÜKSƏK VƏZİFƏ VERİLDİ

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət Məmmədov imzalayıb. Əmrə əsasən, İlqar Cəfərov nazirliyinin Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.

Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, İ.Cəfərov bundan əvvəl Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində çalışıb. (oxu.az)