SON DƏQİQƏ: Aralıq dənizində irimiqyaslı əməliyyatlar başladı

Avropa Birliyi Aralıq dənizində irimiqyaslı əməliyyatlara başlayır.

ONN media xəbər verir ki, bu barədə qurumdan açıqlama verilib. Bildirilib ki, əməliyyatların məqsədi Liviyaya qarşı tətbiq edilən silah embarqosunun şərtlərini təmin etməkdir. Əməliyyyatlar yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, Berlində təşkil edilən toplantıda Liviyada atəşkəs barədə razılığa gəlinib. Həmçinin, Liviyaya qarşı silah embarqosu tətbiq edilib.