Ermənistan ÇALXALANIR – 13 əsgər öldü, “nazir” İSTEFA VERDİ

Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Karen Abramyan istefa verib.

ONN media xəbər verir ki, bu barədə Ermənistan mediası Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, nazirin istefasına səbəb 2020-ci ildə orduda döyüş getməyən ərazilərdə verilən itkilərdir. Qeyd olunur ki, Ermənistan ordusu bu il 13 əsgər itirib. Naməlum səbəbdən əsgər ölümlərinin artması Karen Abramyanın vəzifəsindən getməsinə kifayət edib. Bu barədə ötən gün silahlı qüvvələrdə əsgər ölümləri ilə əlaqədar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra qərar verilib.