Astarada güclü yanğın – Xəsarət alan var

Bu gün Astara rayonunda yanğın olub.

ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Suparibağ kəndində ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.