Azərbaycanda bu rayonun çox hissəsi İŞIQSIZ QALDI

Bu gün axşam saatlarından əsməyə başlayan güclü külək Oğuz rayonunda bir sıra fəsadlar törədib.

ONN media xəbər verir ki, külək rayon mərkəzində ağacları aşırıb, evlərin dam örtüklərini və avtobus dayanacaqlarını uçurub.

Bəzi ərazilərdə elektrik dirəklərinin aşmas nəticəsində Oğuz şəhərinin bir hissəsi işıqsız qalıb. Hazırda elektrik enerjisinin bərpası istiqamətində aidiyyəti qrumlar tərəfindən işlər aparılır.//Report.az