Uyqur qızı KADİRYANIN fəryadı

ONN media xəbər verir ki, Çin rejiminin uyğur türklərinə qarşı vəhşiliyi davam edir. Çində yaşayan milyonlarla türk və müsəlman mühakimə edilmədən xüsusi yaradılmış həbsxanala-düşərgələrdə qeyri insani saxlanmaları haqqında üzücü xəbərlərin gəlməsi davam edir.

Son zaman koronavirus problemilə əlaqədar, Çində Uyqur və digər türk-müsəlman insanına edilən zülm bir qədər unudulmaqdadır. Elə bu günlərdə sosial şəbəkə vasitəsi lə, Uyqur qızı Kadirya sosial şəbəkə vasitəsilə bütün insanlığa fəryad dolu çağrış edib. Çağrışında bütün media qurumlarına, sosial şəbəkə istifadəçilərinə Çin düşərgələrində ağır təhqir və işgəncələrə məruz qalan, öldürülən insanların səsini dünyaya duyurmaq istədiyi həmin çağrışı ONN media təqdim edir.