Bakıdakı “Formula-1” yarışı keçirilməyə bilər: Bu gün qərar veriləcək

“Formula-1” üzrə Azərbaycan Qran-Prisi təxirə salına bilər.

ONN media xəbər verir ki, 5-7 iyun tarixlərində baş tutacaq Azərbaycan Qran-Prisinin təxirə salınacağı və bu gün bu barədə qərarın açıqlanacağı gözlənilir.

Belə olduqda mövsümün startı iyunun 14-də Monreal şəhərindəki Kanada Qran-Prisi ilə start götürəcək. Lakin hələ bu da dəqiq deyil. Çünki hazırkı duruma əsasən, Kanada bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi üçün 10-15 min bilet artıq satılıb. Bu isə biletlərin yarıdan çoxunun satılması deməkdir.