Yaz salatı necə hazırlanır? – RESEPT

Tərkibi:
Xiyar – 2 ədəd
Qırmızı bibər -1 ədəd
Sarı  bibər -1 ədəd
Yaşıl bibər – 1ədəd
Qırmızı soğan – 1 ədəd
Qırmızı turp – 8 ədəd
Konservləşdirilmiş qarğıdalı 1y.q.
Yaşıl soğan- 2 ədəd
zeytun yağı – 4-5 y.q
limon şirəsi – 1 y.q.
duz
ədviyyat
göyərti

Hazırlanması:
İlk əvvəl ərzaqları yumaq, təmizləmək və kub şəklində doğramaq lazımdı.
Göyərtiləri xırda doğranılır.
Salatı süfrəyə verərkən elə qab seçməliyik ki, tərəvəzlərin rəngarənkliyi görsənsin. Bunun üçün stəkan əla seçim ola bilər. Növbə ilə tərəvəzləri stəkana düzülür.
Doğranmış göyərtiləri və konservləşdirilmiş qarğıdalını salatın üzərinə səpilir.
Sos üçün: kiçik bir qaba zeytun yağı , limon suyu, ədviyyat əlavə ediliir və qarışdırılır.
Hazırladığımız sousu salatın üzərinə tökülür.

Nuş olsun!