Burak Özçivit və Fahriye Evcen “Evdə qal” çağırışı etdi – FOTO

 Burak Özçivit və Fahriye Evcen “Evdə qal” çağırışı ilə bağlı paylaşım ediblər.

ONN media xəbər verir ki, sevilən cütlük “Instagram” hesablarında karantindən birgə fotolarını paylaşıblar.

Bununla onlar Türkiyədə koronavirusun yayılmasına qarşı tədbirlər çərçivəsində Səhiyyə Nazirliyinin “Həyat evə sığar” başlığı ilə start verdiyi “Evdə qal” kampaniyasına dəstək veriblər.