ÜST-dən bədbin xəbər: Peyvənd bu müddətdə hazır olacaq…

Koronavirusa qarşı peyvənd bir ildən tez hazır olmayacaq.

ONN media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç deyib.

“Vaksin üzərində iş çox ölkələrdə aparılır. Bu proses çoxmərhələli və uzunmüddətlidir. Bunun kliniki sınaqlara da ehtiyacı var. Ona görə də bir ildən tez peyvənd hazırlığını gözləməyə dəyməz. Hələlik peyvəndin istehsalından söhbət gedə bilməz”, – deyə o bildirib.