Koronavirusu yaymaqda ittiham edilən qadın: “Məni öldürün amma uşaqlarıma toxunmayın” – VİDEO
Ukraynaya ilk dəfə koronavirusu gətirməkdə ittiham olunan Çernivtsi bölgəsinin sakini müraciət edib.
ONN media xəbər verir ki, o insanlardan bağışlanmasını istəyib. “Məni öldürün. Kəsin-doğrayın. Amma uşaqlarıma və nəvələrimə toxunmayın” – deyən qadın artıq sağaldığını bildirib.
Qeyd edək ki, İtaliyadan qayıdan Yelizaveta adlı qadın özünü karantina almayaraq, virusu yaymaqda ittiham edilir. O ölüm təhdidləri alır. Koronavirus Ukraynada ilk dəfə Çernivtsi bölgəsində ortaya çıxıb. Ukraynada koronavirusdan 17 nəfər həyatını itirib. 669 nəfər virusa yoluxub.(publika.az)