Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə Covid-19-dan ölənlərin sayı artaraq 356 nəfərə yüksəlib.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, aparılan testlər ötən günə nisbətən 4000 nəfər artıb.

Daha 82 nəfər xəstəlikdən sağalıb. Son 24 saat ərzində dünyasını dəyişən 79 nəfərin 82%-i 60 yaşdan yuxarı şəxslərdir. Ümumi yoluxma sayı 18 min 135 nəfərdir.