ABŞ-dan Çinə şok mesaj- Virus yuvalarını bağla

Çində vəhşi heyvan bazarlarının açıq olması məni narahat edir.

ONN media xəbər verir ki, bunu ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru, həkim Antoni Fauçi deyib.

O bildirib ki, insan və heyvanların təmas etdikləri yerlərdən onlarla xəstəlik ortaya çıxır:

“Ağlımızın başımıza gəlməsi üçün daha nə etməliyik? Dünyanın bir çox ölkəsində Uhandakı vəhşi heyvan bazarlarından var. Bir çox hökumət buna təzyiq göstərməlidir. Bütün dünyada belə bazarlar təcili olaraq bağlanmalıdır”.