Parlamentdə gərginlik: Sessiyaya fasilə verildi – FOTO

Türkiyə Böyük Millət Məclisində gərginlik yaşanıb.

ONN media  xəbər verir ki, MHP və HDP-li millət vəkilləri arasında mübahisə olub.

MHP-nin Ordu şəhəri təmsilçisi Camal Enginyurt cinayət məcəlləsinə dəyişikliyə etiraz edən HDP-li millət vəkillərinə PKK-nın Diyarbəkirə bugünkü hücumunu xatırladıb: “5 türk vətəndaşı pusquda dünyasını dəyişdi. Kimsə PKK xainlərinin əfvini bu məclisdən gözləməsin. Terror tamaşaçılarını lənətləyirəm”.

HDP-lilər isə yerlərindən TBMM sədrinə üz tutaraq “cənab sədr, bizə terrorçu deyir” sözləri ilə müraciət edib.

Digər millət vəkillərinin müdaxiləsi ilə mübahisə böyüyüb. Sessiyaya fasilə verilib.(publika.az)