Tanınmış balerinadan karantində kökəlməmək üçün TÖVSİYƏ

Tanınmış balerina Anastasiya Voloçkova bildirib ki, karantin günlərində formada qalmaq üçün kahı pəhrizi saxlayır.

ONN media  xəbər verir ki, balerina izləyicilərinə sosial təcrid dövründə tez-tez kahı salatı və qaynadılmış yumurta yeməyi tövsiyə edib. Onun pəhriz menyusuna ədviyyəli tərəvəz şorbası və duzsuz qaynadılmış toyuq da daxildir.

“Evdə olduğunuz müddətdə çox yeməyin. Hərəkətsizlik köklüyə gətirib çıxaracaq”, – deyə rəqqasə izləyicilərinə məsləhət verib.(publika.az)