Aftandil İsmayılov “Bayatı-Şiraz” muğamının internet üzərindən dərsini hazırladı- VİDEO

Bildiyimiz kimi bütün dünyada koronavirus pandemiyası tüğyan edir. Azərbaycanda da koronavirusun yayılması ilə bağlı bir sıra qabaqlayıcı tədbirlər görülüb. Bu tədbirlərdən biri və birincisi bağçaların, orta məktəblərin və ali təhsil məktəblərinin birsözlə Azərbaycanda olan təhsil müəssisələrinin müəyyən bir dövrə qədər fəaliyyətinin dayandırılması oldu.

Bununla bağlı artıq ölkəmizdə internet üzərindən dərslərin tədris olunmasına başlanılıb.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə başlanan “evdə qal, internet üzərindən dərs keç” kompaniyasına demək olar ki, Naxçıvan MR-da olan məktəb müəllimlərinin böyük bir hissəsi qoşulub.

ONN media xəbər verir ki, bu müəllimlərdən biri də Şərur şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbinin kamança ixtisası üzrə müəllimi Aftandil İsmayılovdur. Onun “Bayatı şiraz” muğamının internet üzərindən hazırladığı dərsi sizlərə təqdim edirik.