Putin Qələbə Paradı ilə bağlı QƏRAR VERDİ

Qələbə Paradı 9 mayda keçirilməyəcək.

ONN media  xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib.

Dövlət başçısı bildirib ki, xəstəliyin yayılması riski ilə bağlı parada hazırlıqların görülməsinə imkan vermir.

Putinin sözlərinə görə, bütün təntənəli mərasimlər, o cümlədən parad da 2020-ci ildən gec olmayaraq baş tutacaq.