Almaniyada karantin rejimi aradan qaldırılır

Almaniya martın sonunda ölkədə tətbiq edilən məhdudiyyətləri yumşaltmağa başlayır.

ONN media xəbər verir ki, kansler Angela Merkelin sözlərinə görə, qadağalar tədricən qaldırılacaq.

Artıq bazar ertəsindən ərazisi 800 kvadrat metrdən böyük olmayan qeyri-ərzaq dükanları fəaliyyətə başlayacaq.

Mayın dördündə məktəblərin açılması gözlənilir. İlk növbədə, dərslər böyük, sonra isə kiçik siniflərdə başlayacaq.