Çində vəziyyət pisləşir- Say artır

Çinin Uhan şəhərində yeni tip koronavirusdan karantin rejimində evində ölən və ya tibbi ləvazimatın çatışmazlığından həyatını itirənlərin sayının müəyyənləşdirilməsi üçün araşdırma aparılıb.

ONN media xəbər verir ki, araşdırma zamanı Uhanda bir gündə 1290 ölü sayı qeydə alınıb. Bununla, şəhərdə ölənlərin sayının 3 min 869-a yüksəldiyi bildirilib.

Qeyd edək ki, daha öncə Uhanda pandemiyadan 2 min 579 nəfərin öldüyü açıqlanıb.