Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ saat 18:24-də qeydə alınıb.

Yeraltı təkanlar Əli-Bayramlı stansiyasından 29 km cənubda, Hacıqabul ərazisində olub.

Zəlzələnin maqnitudası 3.6, dərinliyi 2 km olaraq qeyd edilib.

Təkanlar hiss olunmayıb.