Bərdədə dəhşətli olay – Ölən və yaralananlar var

Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONN media  bildirir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənddə “VAZ-2107” markalı avtomobili ilə “Nissan” markalı minik maşını toqquşub. Nəticədə “Nissan”ın sürücüsü ölüb. Hadisə zamanı həmçinin “VAZ-2107”in sürücüsü və sərnişini ağır xəsarət alıb.

Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)