Maştağada ev yandı

Bakıda yanğın hadisəsi baş verib.

Hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Fərdi evlərdən birində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.