Bakının mərkəzində bərbər və müştəriləri cəzalandırıldı

Səbail rayonunda xüsusi karantin qaydalarını pozan bərbər salonu aşkar edilib.

ONN media   Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyetin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.