Sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi

Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

ONN media  xəbər verir ki, hakim Anar Tanrıverdiyev Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, ötən gün DTX-nın əməliyyatı nəticəsində saxlanılan M.Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.(Report)