Bakıda ev kül oldu

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.