“Formula-1” sevənlərinə şad xəbər

“Formula 1″in yeni mövsümünün ilk yarışı iyulun 5-i Avstriyada keçirilə bilər.

Bu barədə “Motorsport” xəbər verir.

Bildirilir ki, mövsümün son yarışı isə dekabr ayında Abu-Dabidə baş tuta bilər.

Həmçinin yeni mövsümdə “Formula 1” Şimali Amerikada da keçirilməlidir. Belə ki, oktyabr ayının sonlarında ABŞ-ın Ostin ştatında və Meksikanın Mexiko şəhərində “Formula 1” mərhələlərinin keçirilməsi planlaşdırılır. Kanada mərhələsinin də oktyabr ayında keçirilməsi mümkündür. Lakin bu barədə müsbət qərarın əsas amili hava şəraiti olacaq.