Ali təhsil müəssisələrində tədris ili uzadılacaq?

40 minə yaxın tələbə son tədris ilindədir. Onların artıq istehsalat təcrübəsi vaxtı başlayıb. Lakin onların onlayn tədrisə qoşulması məqsədəuyğun olmadı.

ONN media  xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.

Nazir bildirib ki, ali təhsil müəssisələrinin rəhbərləri ilə keçirilən müzakirələrdə tədris ilinin uzadılmasına ehtiyac olmadığı qənaətinə gəlinib: “Beləliklə, ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur”.

Nazir qeyd edib ki, hərbi çağırışa yollanacaq son sinif şagirdlərinin qiymətləndirilməsi iyunda aparılacaq.