Üç nəfər dəm qazından zəhərləndi

Son bir həftə ərzində üç nəfər dəm qazından zəhərlənib”.

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, son bir həftə ərzində Toksikologiya şöbəsində ölüm faktı qeydə alınmayıb:

“Həftə ərzində doqquz nəfər müraciət edib. Onlardan beş nəfər müxtəlif allergik reaksiyalarla, üç nəfər dəm qazı zəhərlənməsi, bir nəfər ilan sancması, bir nəfər də sirkə turşusundan zəhərlənmə ilə şöbəyə daxil olub. Metil spirtindən zəhərlənmə faktı olmayıb”.