Bakıda keçmiş kürəkən qayınatasını bıçaqladı

Bakıda ailə-məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Cəfərov İlqar Xanhüseyn oğlu keçmiş kürəkəni tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.(Report)