Azərbaycanda koronavirusla bağlı son statistika

Bu gün Azərbaycanda 5642 koronavirus testi edilib.

ONN media xəbər verir ki, bu barədə TƏBİB-in bu günə olan statistik məlumatında deyilir. Bununla da ümumi test sayı 226 min 005-ə çatıb. Ümumi yoluxma faktı 3138, ölüm sayı 36, sağalan xəstə sayı 1944, aktiv xəstə sayı isə 1158-dir.

Qeyd edək ki, bu günə olan məlumata əsasən 158 nəfər koronavirusa yoluxub.