Evdə hazırlaya biləcəyiniz asan dondurma resepti

Şokoladlı dondurma.

Tərkibi:
4 yumurta
2 stəkan süd
20 qr pudra şəkəri (1.5 stəkan)
10 qr şokolad
azacıq darçın

Hazırlanma qaydası:

Pudra şəkəri və yumurtaları mikserlə qarışdırıb içinə südü əlavə edirik.
Qazanı içi su ilə dolu bir qabın içinə oturdaraq benmari üsulu ilə
qarışdıra-qarışdıra isiridirk.

Qaynama dərəcəsinə gələndə qazanı qaynayan sudan çıxarırıq.
Başqa bir qabda 1 fincan ilıq südlə şokoladı benmari üsulu ilə əridirik.
Darçın səpib və kremli qarışımı əlavə edirik. Qarışdıraraq biraz
soyumasını təmin etdikdən sonra və bir qaba boşaldaraq dondurucuya
qoyuruq.(frame.az)