Məşhur bazar tarixə qovuşur

Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində yerləşən məşhur “Nəsimi bazarı”nın metal konstruksiyalarının sökülməsinə başlanılıb.

ONN media xəbər verir ki, bu barədə “1news.az”a Nəsimi Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bazarın bir hissəsinin hələ fəaliyyət göstərməsinə baxmayaraq, onun əsas (örtülü) hissəsinin sökülməsinə artıq başlanılıb.

“Bazarın yanında artıq üç yeni yaşayış binası tikilir, görünür, burada da yeni tikililinin inşası gözlənilir”, – Nəsimi RİH-dən bildirilib.