Tovuzda avtomobil piyadanı vurdu

Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONN media  xəbər verir ki, hadisə Tovuzda qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən kişi piyadanı avtomobil vurub. Xəsarət alan piyada Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.