Ərdoğan Azərbaycan xalqını təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

ONN media  xəbər verir ki, bu barədə R.T.Ərdoğan öz Twitter hesabında yazıb.

Təbrikdə deyilir: “Azərbaycan Cumhuriyyətinin yaranmasının 102-ci il dönümünü səmimi arzularımla təbrik edir, Prezident İlham Əliyev qardaşım başda olmaqla, bütün Azərbaycan xalqına öz adımdan və millətim adından salamlarımı və sevgilərimi çatdırıram”.