Türkiyədə daxili uçuşlar bərpa edilir

Türkiyədə koronavirus səbəbindən dayandırılan daxili uçuşların bəziləri iyunun 1-dən bərpa edilir.

ONN media  xəbər verir ki, ilk uçuşlar İstanbuldan Ankaraya, İzmirə, Antalyaya və Trabzona həyata keçiriləcək.

Digər hava limanlarından uçuşlar növbəti mərhələlərdə bərpa ediləcək. İlk uçuş yerli vaxtla saat 10:00-da İstanbuldan Ankaraya həyata keçiriləcək.

Hava limanlarında koronavirus infeksiyasına qarşı zəruri tədbirlər görülüb, müvafiq sertifikatlar verilib.