Naxçıvanlı gənc alim Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkil etdiyi sosial layihədə iştirak edib

ONN media xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Gənc Alim və mütəxəssislər şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, ilin alimi, prezident mükafatçısı, gənc yazar Nərgiz İsmayılovanın GIZ-in (Beynəlxalq Alman Əməkdaşlığı Cəmiyyəti)  EPIC layihəsinin iştirakçıları ilə çox maraqlı bir görüşü baş tutub.

Gənc alim Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkil etdiyi az təminatlı ailələrə və qaçqınlara sosial dəstək fonunda təşkil olunan “Xərçəngin həyatımızdakı rolu” , “Xərçəngə dair yazılan kitablar”  mövzusunda vebinar keçib.

Vebinarda Ağdamlı gənclərlə yanaşı yaşlı nəslin nümayəndələri də iştirak edib.

Qeyd edək ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)1
yanvar 2011-ci il tarixində 1975-ci ildən fəaliyyət göstərən Almaniya Texniki
Əməkdaşlıq Cəmiyyətinin (GTZ) bazasında yaradılmışdır. Baş ofisi Almaniyanın
Eşborn şəhərində yerləşir. Rəhbəri 1 iyul 2012-ci il tarixindən Tanya Gönnerdir.
GİZ Afrika, Asiya, Latın Amerikası, Aralıq dənizi ətrafı və Yaxın Şərq
ölkələri, habelə Avropa, Qafqaz və Orta Asiya regionundakı 130 ölkədə fəaliyyət
göstərir və 87 ölkədə nümayəndəliyə malikdir. GIZ Almaniya Federal İqtisadi
Əməkdaşlıq və İnkişaf Nazirliyi adından 1995-ci ildən indiyədək Azərbaycanla
sıx əməkdaşlıq edir və Azərbaycanda GIZ-in layihə əlaqələndirmə ofisi 2007-ci
ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə direktoru Sonya Fonteyndir.
Hazırda GIZ tərəfindən Azərbaycanda əsasən İdarəetmə və iqtisadi inkişaf,
Enerji və ətraf mühit, istiqamətlərini əhatə edən 6 layihə icra edilir. Ağdam
üzrə Sosial Komponent layihə rəhbəri 
Məhbubə Musayeva, “Xərçəngin həyatımızdakı rolu”“Xərçəngə dair yazılan kitablar” mövzusunda layihə rəhbəri
Əfsanə Əliyevadır.

Təlim əsnasında gənc yazarın xərçəng xəstələrinə dəstək üçün
qələmə aldığı “Qardələn”, yeni kitabı “Metakədər” və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif
Talıbovun zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir ­Nemətullah
Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə imzaladığı
2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Nərgiz İsmayılova tərəfindən tərcümə edilərək
Azərbaycan ictimaiyyətinə təqdim olunan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri də müzakirə olunub.

Sonda Nərgiz
İsmayılova vebinar iştirakçılarının mövzuya və Naxçıvana dair verdikləri
maraqlı sualları cavablandırıb.