Okroşka resepti – Rus mətbəxi

Tərkibi:

2 soyutma kartof
2 soyutma yumurta
100 qr. toyuq kolbasası
5-6 qırmızı turp
1 balaca dəstə göy soğan
1 balaca dəstə şüyüd
2 təzə xıyar
Qatıq (duruluğunu özünüz təyin edin)

Hazırlanması:

1.Göyərti xırda doğranılır.
2.Qalan ərzaqlar eyni ölçüdə kubik şəklində doğranılır.
3.Hamısı dərin qazana əlavə edin, üstünə qatıq tökün. Duz səpin və qarışdırın.

Soyuq halda yeyilir.

Nuş olsun!