Qazdoldurma məntəqəsində partlayış – Yaralı var

Tbilisin Saburtalo rayonunda yerləşən qazdoldurma məntəqələrinin birində güclü partlayış baş verib.

ONN media  xəbər verir ki, məntəqə ərazisində olan kafedə qeydə alınan partlayış yanğına səbəb olub.

Əraziyə beş yanğınsöndürən maşın cəlb edilib. Hazırda yanğın lokallaşdırılıb.

Hadisə zamanı bir nəfər xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. (report)