Helikopter qəzaya uğradı – 4 ÖLÜ

ABŞ-ın İllinoys ştatında helikopter qəzası baş verib.

ONN media  xəbər verir ki,  bir mühərrikli helikopterin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.

Hadisənin başvermə şəraiti hələlik məlum deyil. Birləşmiş Ştatların Nəqliyyatda Təhlükəsizlik İdarəsi faktla bağlı təhqiqat aparır.

Məlumata görə, hadisə zamanı hava maşınının pilotu və 3 sərnişini həlak olub.