Türk Hava Yolları Bakı-İstanbul reyslərini bərpa edir? – MÜHÜM XƏBƏR

Türkiyənin milli aviadaşıyıcısı Türk Hava Yolları şirkəti (THY) Bakı-İstanbul-Bakı reyslərini bərpa edir.

ONN media   xəbər verir ki, artıq aviabiletlər satışa çıxarılıb.

“Əgər iyunun 15-də sərhədlər açılsa, THY uçuşları həyata keçirməyə başlayacaq. Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç bir problemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər”, – deyə THY-dən bildirilib.(report)