Limon və kəklikotu ilə soyuq çayın HAZIRLANMASI

Tərkibi:

Kəklikotu – 5 budaq
Darçın – 1 çubuq
Limon – 2 ədəd
Qara çay – 3 paket
Su – 1,5 litr
Zövqə görə şəkər

Hazırlanması:

Limonların qabığını sürtkəcdən keçirdin, şirəsini çəkin. Suyu qazana tökün, ədviyyat, şirə və limon qabığını əlavə edin, orta od üzərində qaynadın, sonra keçirdin. Çay paketlərini və şəkəri əlavə edin. 15 dəqiqə saxlayın. Çay paketlərini çıxardın və bir saat otaq temperaturunda saxlayın çayı. Ələkdən keçirdin. İstədiyiniz temperatura qədər soyuducuda soyudun.